Çin şirkətinin səhmlərinə tələb 3 trilyon dollara çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çin şirkətinin səhmlərinə tələb 3 trilyon dollara çatıb

Çinin maliyyə texnologiyaları şirkəti "Ant Group"un 34,5 milyard dollarlıq ilkin səhm təklifinə rekord məbləğdə sifariş verilib.

Səhmlərə, ilkin kütləvi təklif (İPO) öncəsi fərdi sərmayəçilərdən təxminən 3 trilyon dollarlıq tələb qeydə alınıb.

Şirkətin bazar dəyəri 315 milyard dollara -  Finlandiya və Misir kimi ölkələrin ümumi daxili məhsullarından daha böyük bir səviyyəyə qalxıb.

2014-ci ildə qurulan "Ant Group", "Alibaba Holding"in onlayın ödəmə şirkəti olaraq yaradılıb.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram