Çin şirkəti Azərbaycan layihəsindən 100 mln. dollar qazanıb | Banco.az

Çin şirkəti Azərbaycan layihəsindən 100 mln. dollar qazanıb

Asiyanın logistika operatoru olan “e-Shang Redwood” şirkəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Yaponiyadakı mal deposunun inşası layihəsindən əldə etdiyi gəlirləri 100 mln. ABŞ dollarına çatdırıb. Bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, bir ay öncə Çinin “GF International Investment Management Ltd.”, “Huarong International”, “China Everbright Ltd.” və “CMBC International” şirkətləri “e-Shang Redwood”a 300 mln. ABŞ dolları həcmində investisiya yatırıb.

Şirkət həmçinin “National Australia Bank”dan “Cambridge Industrial Trust”ın və investisiya şirkəti olan “Oxley Group”un səhmlərinin 80%-ni alıb.

Ən sərfəli kredit üçün müraciət et

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov isə deyib ki, bu investisiya Fondun strategiyasına uyğundur: “Yaponiyada daşınmaz əmlak sahəsinin inkişaf etməsini Osaka və Tokio kimi şəhərlərdə e-kommersiya sənayesinə tələbatın artması bir daha sübuta yetirir və bu strategiya bizim mövcud daşınmaz əmlak portfelimizə tam uyğundur".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et