Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində Kovid məhdudiyyətləri yumşaldılmağa davam edir.
Banco.az xəbər verir ki, Çin hökuməti çərşənbə günü verdiyi açıqlamada bildirib ki, Kovid nəzarətinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi ilə insanların ölkənin müxtəlif bölgələri arasında səyahət etmək üçün Kovid testinin neqativ nəticəsini və ya sağlamlıq kodu göstərmələrinə ehtiyac qalmayacaq.
Çin rəsmiləri həmçinin istehsal sektorundakı məhdudiyyətlərə də aydınlıq gətiriblər. Onlar qeyd ediblər ki, yüksək riskli ərazi kimi təyin olunmadığı təqdirdə iş və yerli istehsal dayandırıla bilməz.
Xatırladaq ki, paytaxt Pekində insanlardan hələ də ictimai yerlərə daxil olmaq üçün smartfon tətbiqi ilə sağlamlıq kodunun skanından keçmələri tələb olunurdu. Hətta sağlamlıq kodu daha sonra maksimum son iki və ya üç gün əvvələ aid neqativ Kovid testi nəticəsi ilə əvəz edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!