Çin şirkətlərinin səhmləri, bir həftəlik Oktyabr tətilinin ardından bazarların yenidən əməliyyata açılması ilə kəskin düşüb.
CSI 300 İndeksi 3.47 faiz geriləyərək 3319.88 bənd olub. Texnologiya şirkətləri süquta başçılıq edib.
Honq Konq səhmləri ötən həftə ucuzlaşıb.
Yuan, dollar qarşısında 0.5 faiz düşərək Avqustun ortasından bəri ən zəif səviyyəsinə enib.
Çinli investorlar, zəif emal göstəricisi, ABŞ ilə Çin arasındakı geosiyasi gərginlik, seçkiyə müdaxilə və bir sıra neqativ xəbərlər ilə narahatdırlar.
Marja.az