Müəllif:Mehin Qasımova/Banco.az
Son bir ildə dünyada ən pis nəticələri Çin şirkətlərinin qiymətli kağızları göstərib.
Banco.az xəbər verir ki, bu barədə Reuters yazır.
Belə ki, Şanxay və Honq-Konq birjaları son həftədə itirilmiş vaxtı geri qazanmağa çalışsalar da, on faizdən çox ucuzlaşıblar.
Hong Kong Hang Seng indeksi il ərzində 14 faiz (həftə ərzində artım 4,3 faiz olub), Şanxay CSI300 isə 11 faiz ucuzlaşıb.
Analitiklər bildirir ki, Çin fond bazarı ötən il investorlar üçün məyus olub. Lakin Pekinin təklif etdiyi iqtisadi stimul və möhkəmlənən yuan nəzərə alınmaqla vəziyyətin 2024-cü ildə dəyişəcəyini gözləyirlər .
Qeyd edək ki,2023-cü ilin son aylarında Çin fond bazarına xarici investisiyalar 33 milyard dollardan 4,4 milyard dollara qədər 87 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!