Çin Rusiyanı təmiz enerji sahəsində tərəfdaşlığa çağırır | Banco.az

Çin Rusiyanı təmiz enerji sahəsində tərəfdaşlığa çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin prezidenti yaşıl və təmiz enerjinin inkişafı üzrə Rusiya ilə əməkdaşlıq etmək istədiklərini bildirib.

Banco.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən 4-cü Çin-Rusiya Enerji Ticarət Forumuna ünvanladığı təbrik mesajında ​​Çin Xalq Respublikasının prezidenti Si Cinpin enerji sahəsində əməkdaşlığı ikitərəfli əlaqələrin mühüm təməl daşlarından biri kimi qiymətləndirib.

Çin və Rusiyanın xarici risk və çağırışlara qarşı yaxın koordinasiyanı gücləndirməsinin və mühüm layihələri birlikdə təşviq etməsinin mövcud əməkdaşlığın gücünü göstərdiyini deyən prezident bu vəziyyətin həm də iki ölkə arasında hərtərəfli strateji əməkdaşlığın geniş perspektivini ortaya qoyduğunu söyləyib.

O, həmçinin bildirib ki, Çin Rusiya ilə enerji əlaqələrini daha da yaxınlaşdırmaq, təmiz və bərpa olunan enerjinin inkişafını təşviq etmək, beynəlxalq enerji bazarlarının uzunmüddətli davamlı inkişafına töhfə vermək və beynəlxalq enerji təhlükəsizliyini və təchizat zəncirinin sabitliyini qorumaq üçün Rusiya ilə əməkdaşlıq qurmaq istəyir.

Qeyd edək ki, elektrik enerjisi istehsalında dünyada 30 faizlə birinci yerdə olan Çin mart ayında nəşr olunan 14-cü 5 illik inkişaf planı çərçivəsində elektrik enerjisi istehsalının təxminən 28 faizini əhatə edən bərpa olunan enerji payını 2025-ci ilə qədər 33 faizə, günəş və küləkdə ümumi quraşdırılmış enerji gücünü isə 2030-cu ilə qədər 1,2 teravata çatdırmağı hədəflədiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram