Çin Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirməyə ehtiyatla yanaşır | Banco.az

Çin Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirməyə ehtiyatla yanaşır

Müəllif - Aida İsaq, Banco.az

Çin Rusiya ilə iqtisadi əlaqələrin uzun müddətli inkişaf perspektivlərinə ehtiyatla yanaşır.

Banco.az xəbər verir ki, bu fikri Rusiya-Asiya sənayeçilər və sahibkarlar ittifaqının sədri Vitali Mankeviç bildirib. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi hazırda rekord səviyyədir. Ancaq buna baxmayaraq, Çinin səlahiyyətli nümayəndələri Rusiya-Çin ticarət-iqtisadi əlaqələrinin uzunmüddətli olacağına inanmır.

İttifaq sədri həmçinin əksər məhsulların Çində istehsal olunduğunu qeyd edərək, Pekinin Rusiya üçün Qərbi əvəzləyə bildiyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram