Çin qızıl ehtiyatlarını artırıb | Banco.az

Çin qızıl ehtiyatlarını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ardıcıl altı aydır ki, qızıl ehtiyatlarını artırmağa üstünlük verir.

Banco.az xəbər verir ki, dünya mərkəzi banklarının artan geosiyasi və iqtisadi risklər fonunda öz qızıl külçələrini çoxaltması səbəbindən Çin də bu yol ilə gedərək ardıcıl altıncı aydır ki, qızıl ehtiyatlarını artırıb.

Çinin Dövlət Valyuta Administrasiyasının bazar günü açıqladığı məlumatlara görə, ölkə aprel ayında qızıl ehtiyatlarını təxminən 8,09 ton artırıb. Çinin mart ayına qədər olan beş ay ərzində ehtiyatlarını təxminən 120 ton artırdığını nəzərə alaraq qeyd edək ki, ümumi ehtiyatlar hazırda təxminən 2,076 ton təşkil edir.

Ümumdünya Qızıl Şurasına görə, 2023-cü ilin ilk rübündə daxilolmalar mülayim səviyyədə olsa da, ümumi həcm hələ də tarixən yüksək səviyyədə qalır. Ən böyük qızıl alıcıları isə Sinqapur, Çin və Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et