Çin "qara siyahı"ya görə ABŞ-a cavab verə bilər | Banco.az

Çin "qara siyahı"ya görə ABŞ-a cavab verə bilər

ABŞ-ın, Çinin Müsəlman azlıq qruplarının insan haqlarını pozması səbəbilə 8 texnologiya şirkətini "qara siyahı"ya daxil etməsinin ardından Çin tərəfindən cavab tədbirləri olacağı siqnalı verilib. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang Çinin cavab verib-verməyəcəyi barədə suala, "izləməkdə qalın" şəklində cavab verib.

Sözçü eyni zamanda Xinjiangda insan haqlarının pozulduğunu təkzib edib.

Geng," ABŞ-ı dərhal bu səhvi düzəltməsi, qərarını ləğv etməsi və Çinin daxili işlərinə qarışmağa son qoyması barədə xəbərdarlıq edirik. Çin, milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını qərarlı bir şəkildə qorumaq üçün sərt və güclü tədbirlər görməyə davam edəcək" deyib.

Marja