Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin uzun mənzilli mülki pilotsuz uçuş aparatlarının (PUA) ixracını məhdudlaşdırıb.
Banco.az xəbər verir ki, Çin hökuməti Ukrayna müharibəsində hər iki tərəfin kəşfiyyat və mümkün hücumlar üçün Çin istehsalı olan PUA-lardan istifadə etməsi xəbərindən sonra PUA ixracını məhdudlaşdırmaq qərarına gəlib.
Bu barədə Çin Ticarət Nazirliyi bəyanat yayıb.
Xatırladaq ki, dünyanın və Çinin aparıcı PUA tərtibatçısı olan DJI 2022-ci ilin aprel ayında PUA-larının döyüşlərdə istifadəsinin qarşısını almaq üçün Rusiya və Ukraynada fəaliyyətini dayandıracaqlarını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!