Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin prezidenti məşhur milyarder Bill Qeytslə görüş keçirib.
Banco.az xəbər verir ki, Çin Prezidenti Si Cinpin Pekində səfərdə olan "Microsoft"un təsəsçisi, amerikalı iş adamı Bill Qeytsi qəbul edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Hua Çunyinq bu barədə rəsmi “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, Qeyts bu il prezidentin Pekində görüşdüyü “ilk amerikalı dost”dur.
Çin-ABŞ əlaqələrinin əsasının insanlar olduğunu qeyd edən prezident Si, "Amerika xalqına güvənirik. Ümidimiz iki ölkə xalqları arasında dostluğun daimi olmasıdır", deyə bildirib.
Xatırladaq ki, Geyts qlobal sağlamlıq və inkişaf məsələləri sahəsində fəaliyyət göstərən Bill və Melinda Qeyts Fondunu təmsil etmək üçün dünən Çinə səfər etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!