Müəllif:Ayşən İmanova/Banco.az
Çin Parisdə 2 milyard avro dəyərində avro ilə dövlət istiqrazları (avrobond) yerləşdirib.
Banco.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, 2,517% dərəcəsi ilə üçillik avrobondların buraxılış həcmi 1,25 milyard avro, 2,738% dərəcəsi ilə yeddiillik istiqrazlar 750 milyon avro təşkil edib.
Bildirilib ki, Çin avrobondlarının emissiyası beynəlxalq investorların diqqətini cəlb edib. Müraciətlərin həcmi 16,2 milyard avro təşkil edib ki, bu da elan edilmiş emissiya həcmindən səkkiz dəfə çoxdur.
İstiqrazlar Honq Konq Birjasında və "Euronext"də alqı-satqıya çıxarılacaq.