Müəllif - Aida İsaq, Banco.az
Çin inkişaf etməkdə olan ölkələrin suveren borcunun restrukturizasiyası üzrə qrupun ümumi proqramı çərçivəsində G20 ilə əməkdaşlıq etməyə razılıq verib.
Banco.az xəbər verir ki, bunu Vaşinqtonda G20 ölkələrinin maliyyə nazirləri ilə görüşündə Çin Mərkəzi Bankının rəhbəri Yi Qanq deyib. Onun sözlərinə görə, Çin ümumi borc həlli strukturunu həyata keçirmək üçün bütün tərəflərlə işləməyə hazırdır. G20 tərəfindən hazırlanmış bu təşəbbüs ikitərəfli kreditorlar və problemli borc ölkələri arasında danışıqlara kömək etmək və koordinasiya etmək məqsədi daşıyır.
Qeyd edək ki, inkişaf etməkdə olan ölkənin suveren borc məsələləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının builki iclaslarında diqqət mərkəzində olub. Pandemiya və artan inflyasiya bir çox hökumətlərin xarici öhdəliklərini yerinə yetirmək qabiliyyətinə zərbə vurub.
Bizi sosial şəbəkələrdən izləyin!!