Çin noyabrın 10-dan ABŞ-ın bəzi mallarına əlavə rüsumları artıracaq | Banco.az

Çin noyabrın 10-dan ABŞ-ın bəzi mallarına əlavə rüsumları artıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Çin noyabrın 10-dan etibarən bəzi ABŞ mallarına tətbiq edilən əlavə rüsumları artıracaq.

Banco.az xəbər verir  ki, bu barədə Dövlət Şurasının Gömrük Tarifi Komitəsinin açıqlamasında bildirilir.

Oktyabrın 9-da Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının və əlaqəli texnologiyaların ixracına nəzarətin gücləndirilməsi ilə bağlı iki sənəd dərc edib.

Oktyabrın 10-da Tramp ABŞ-ın noyabrın 1-dən və ya daha əvvəldən etibarən Çin məhsullarına əlavə 100% tariflər, eləcə də proqram təminatına ixrac nəzarəti tətbiq edəcəyini açıqladı. O, həmçinin Çinə digər malların, ilk növbədə təyyarə hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.

Oktyabrın 30-da Çin prezidenti Si Cipinlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Çinin ABŞ-a nadir torpaq metalları ilə maneəsiz tədarükünü davam etdirməyə razılaşdığını açıqlayıb.