Çin Monqolustanın ən böyük ticarət tərəfdaşı olaraq qalır | Banco.az

Çin Monqolustanın ən böyük ticarət tərəfdaşı olaraq qalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin bu ilin ilk üç rübündə də Monqolustanın ən böyük ticarət tərəfdaşı olmaqda davam edib.

Banco.az xəbər verir ki, Monqolustan Milli Statistika İdarəsindən verilən açıqlamada Monqolustan və Çin arasında ikitərəfli ticarətin yanvar-sentyabr dövründə 13 milyard ABŞ dollarına çatdığı və ölkənin ümumi xarici ticarətinin 72,3 faizini təşkil etdiyi bildirilib.

Digər tərəfdən, Çin 91,3 faiz payla Monqolustanın ən böyük ixrac nöqtəsi və yüzdə 40,5 payla ən böyük idxal təchizatçısı mövqeyini qoruyub.

Qeyd edək ki, sözügedən dövr ərzində Monqolustan dünyanın 158 ölkəsi ilə ticarət aparıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et