Çin "Microsoft"u yoxlayır | Banco.az

Çin "Microsoft"u yoxlayır

Çin höküməti Amerika şirkəti "Microsoft"-un fəaliyyətini yoxlayır.

Şirkətdən verilən açıqlamada bildirilib ki, Çinin Sənaye və Ticarət Dövlət Administrasiyasının məmurları bir neçə ofisi ziyarət edib.

Hələlik heç bir qayda pozuntusunda ittiham olunmayan şirkət ziyarətin səbəblərini açıqlamayıb.

Bununla belə, ehtimal olunur ki, informasiya texnologiyaları nəhəngi olan "Microsoft" anti-inhisar qanununa əməl etmədiyinə görə diqqətə düşüb. Korporasiya Çin hökumətinin istənilən sualına cavab verəcəyini bəyan edib.

Eksperlərin fikrincə, "Microsoft"a qarşı istənilən istintaq araşdırması Çində qlobal İT şirkətlər üçün genişlənən bazarda Amerika firmasının inkişafına zərbə ola bilər.

Bir müddət əvvəl Çinin dövlət idarələrində "Microsoft"un yeni əməliyyat sistemi olan Windows 8-in istifadə olunmasına qadağa qoyulduğu bəyan edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et