Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı kredit faiz dərəcələrini dəyişməz olaraq saxlayıb.
Banco.az xəbər verir ki, Çin Mərkəzi Bankı (PBOC) bazar proqnozlarına uyğun olaraq göstərici kredit faizlərini (LPR) dəyişməyərək olduğu kimi saxlayıb.
Belə ki, mərkəzi bank əsas kredit faiz dərəcələrini (LPR) 1 il müddətinə 3,1 faiz, 5 il müddətinə isə 3,6 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, Pekin iqtisadiyyatı deflyasiya tənəzzülündən çıxarmaq və onu hökumətin artım hədəfinə qaytarmaq üçün monetar ekspansiyadan fiskal tədbirlərə və daşınmaz əmlak bazarının dəstəyinə qədər bir sıra stimullaşdırıcı addımlar elan edib.
Lakin Trampın inflyasiyaya əsaslanan iqtisadi planı və investorların Çin mallarına daha yüksək tariflər tətbiq edilməsi qorxusundan yaranan yuanın zəifliyi Pekinin monetar ekspansiya səylərini hələlik məhdudlaşdıra bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!