Müəllif:Ayşən İmanova/Banco.az
Çin Xalq Bankı (Mərkəzi Bank) 2024-cü ilin dekabrında milli valyuta ehtiyatlarını noyabr ayı ilə müqayisədə 1,94% və ya 63,5 milyard dollar azaldıb.
Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət İdarəsi məlumat yayıb.
Qurumun rəsmi saytında verilən açıqlamada ölkənin valyuta ehtiyatlarının ötən ayın sonuna 3,2024 trilyon dollara çatdığı bildirilib.
Çin Xalq Bankı baş verən dəyişiklikləri dollar indeksinin artması, maliyyə aktivlərinin dünya qiymətlərinin azalması, makroiqtisadi göstəricilərin təsiri, eləcə də aparıcı ölkələrin Mərkəzi Banklarının pul siyasəti ilə bağlı gözləntiləri ilə izah edib. Bundan əlavə, ehtiyatların azalmasına valyuta məzənnələrindəki dalğalanmalar və aktivlərin qiymətindəki dəyişikliklər də təsir edib.
Rəsmi məlumatlara görə, 2022-ci ildə Çin Mərkəzi Bankı valyuta ehtiyatlarını 2,9% azaldaraq 3,1277 trilyon dollara çatdırıb. 2023-cü il üçün isə maliyyə tənzimləyicisi onları təxminən 1,7% artıraraq 3,238 trilyon dollara çatdırıb.