Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı (mərkəzi bank) gözlənilməz faiz endirimi qərarı qəbul edib.
Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) çərşənbə axşamı gözlənilmədən üç ay ərzində ikinci dəfə faiz dərəcələrini aşağı salıb.
Mərkəzi Bankın bəyanatında qeyd olunur ki, 401 milyard yuan (55,25 milyard dollar) dəyərində bir illik orta müddətli kreditləşmə (MLF) üzrə faiz dərəcəsi 2,65 faizdən 2,50 faizə endirib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən böyük faiz endirimidir. İqtisadçılar isə faiz dərəcələrinin sabit qalacağını proqnozlaşdırmışdılar.
Xatırladaq ki, PBOC həmçinin iyun ayında faiz dərəcələrini 10 baza bəndi aşağı salmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!