Çin Mərkəzi Bankı faiz dərəcələrini bu ay da dəyişməyib | Banco.az

Çin Mərkəzi Bankı faiz dərəcələrini bu ay da dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı kredit faiz dərəcəsini dəyişməz olaraq saxlayıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) standart kredit faiz dərəcələrini bu ay da dəyişməyib.

Belə ki, bir illik kredit faiz dərəcəsi iqtisadçıların proqnozlarına uyğun olaraq 3,45 faiz səviyyəsində saxlanılıb.

Çin Xalq Bankının məlumatlarına görə, ipoteka kreditləri üçün istinad təşkil edən beş illik faiz dərəcəsi gözlənildiyi kimi 4,2 faiz səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən həftə PBOC bir illik uçot dərəcəsi üzrə faizləri də azaltmaqdan çəkinmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram