Çin Mərkəzi Bankı 2015-dən bu yana ilk dəfə faizi aşağı salıb | Banco.az

Çin Mərkəzi Bankı 2015-dən bu yana ilk dəfə faizi aşağı salıb

Çin Mərkəzi Bankı (PBOC), qısamüddətli açıq bazar əməliyyatlarında borclanma xərcini (faizi) 2015-ci ilin Oktyabr ayından bu yana ilk dəfə aşağı salıb.

Bank bu addımı, bir sıra zəif iqtisadi məlumatın ardından azalan etibarı artırmaq üçün atıb. 

Belə ki, PBOC Bazar ertəsi günü yeddi günlük repo əməliyyatlarına tətbiq etdiyi faizi 2.55%-dən 2.5%-ə salıb.

Həmçinin Mərkəzi Bank, likvidlik narahatlıqlarını aradan qaldırmaq üçün maliyyə sisteminə açıq bazar əməliyyatları ilə 180 milyard yuan (26 milyard dollar) nağd vəsait ötürüb.

Bu qəradan sonra, 10 illik Çin dövlət istiqrazlarının faizi 4 bənd düşərək 3.2% ilə son bir ayın ən aşağı səviyyəsinə enib. Səhmlər göstəricisi Şanxay İndeksi  0.2% yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Kommersiya banklarının mərkəzi bankdan borc aldıqları zaman ödədikləri faizdə edilən bu kiçik endirim, iqtisadi artımın gələn il  6%-dən aşağı geriləyə biləcəyinə dair işarələrin artdığı bir mühitdə, rəsmilərin tətbiq etməkdə olduğu məhdud təşviq siyasətinin davam edə biləcəyinə işarə edir.

Şənbə günü, PBOC hesabatında, iqtisadi artıma risklərinə dair xəbərdarlıqlar edib, ancaq eyni zamanda yüksəlməkdə olan inflyasiyaya da diqqət çəkib.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et