Çin markalarının təsiri: "Tesla" səhmləri son 3 ayda çökdü | Banco.az

Çin markalarının təsiri: "Tesla" səhmləri son 3 ayda çökdü

Müəllif:Mehin Qasımova/Banco.az

Tesla səhmləri ucuzlaşmaqda davam edir.

Banco.az xəbər verir ki, elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri 2024-cü ilin birinci rübündə 29 faiz dəyər itirib.

Çin və Avropada endirimlər edən və rəqibləri tərəfindən tənqid edilən Tesla, son zamanlar dəfələrlə qiymət endirimləri edib.

Bu, 2022-ci ilin sonundan bəri ən böyük rüblük azalma və şirkətin 2010-cu ildə birjaya çıxmasından bəri üçüncü ən böyük azalma kimi qeydə alınıb.

Enişin ən böyük səbəblərindən biri investorların Tesla-nın elektrikli avtomobil bazarında liderliyini daha qoruya bilməyəcəyini düşünməsidir. Sənaye rəsmiləri qeyd edir ki, Çin istehsalçıları ilə rəqabət aparmağın yeganə yolu ucuz avtomobillərdir. Bundan əlavə, görünür Tesla Çinli rəqiblərinə qarşı çətin anlar yaşayır. BYD 2023-cü ildə elektrik avtomobil istehsalında dünya lideri oldu. Bütün bunlarla yanaşı, Teslanın model çeşidinin köhnə olması və Cybertruck-un gözlənilən diqqəti görməməsi də azalmaya səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et