Müəllif - Aida İsaq, Banco.az
Son zamanlar Çin qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında öz mövqeyini xeyli gücləndirib.
Banco.az xəbər verir ki, tələbatın çoxalması və Pekinin əsas idxal vasitəçisinə çevrilməsi fonunda ölkənin qlobal enerji bazarı üçün əhəmiyyətinin artacağı bildirilir. Məlumata görə, 2027-ci ilə qədər LNG tədarük etməyə başlayacaq bütün müqavilələrin təxminən 15%-də Çin şirkətləri təmsil olunur. Bu tendensiyanın getdikcə daha da güclənəcəyi gözlənilir. Bu tendensiya getdikcə artan enerji böhranı və yanacağa tələbatın tədricən bərpası fonunda şirkətlərin daha uzunmüddətli müqavilələr bağlamağa çalışması ilə izah olunur. Beləliklə, müvafiq müqavilələr çinli treyderlərə gələcəkdəki onilliklər üçün yanacaq bazarına nəzarəti effektiv şəkildə təmin edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!