Çin: "Libra mərkəzi bankların nəzarəti altında olmalıdır" | Banco.az

Çin: "Libra mərkəzi bankların nəzarəti altında olmalıdır"

Çin Mərkəzi Bankının (PBOC) yüksək vəzifəli bir rəsmisi "Facebook Inc." şirkətinin gələn il bazara çıxaracağını elan etdiyi "Libra" adlı kriptovalyutasının mərkəzi bankların nəzarəti altına alınması lazım olduğunu söyləyib.

PBOC-ın ödənişlər departamentinin direktoru Mu Changchun, "stablecoin" olaraq "Libra"nın, ölkələr arasında rahat dövr edə biləcəyini, ancaq mərkəzi bankların dəstəyi və nəzarəti olmadan davamlı olmayacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Mu rəqəmsal pulların borc vermək üçün istifadə ediləcəyini, pul siyasətinə mənfi təsir edəcəyini və volatil yerli valyutalara malik iqtisadiyyatlara məzənnə riskləri gətirəcəyini bildirib.

Uzun perspektivdə, dönərli valyuta olmaması halında yuanın da "Libra"dan zərər görəcəyi bildirilir. 

Marja