İqtisadiyyatının həcminə görə dünyada ikinci yeri tutan Çində son vaxtlar atmosferin çirklənməsinin qarşısının alınmasına xüsusi əhəmiyyət verilir. Kömürdən istifadə nəticəsində atmosferə karbon emissiyalarının azaldılması üçün külək enerjisinin təşviqi də bu siyasətin bir hissəsidir. Milli Energetika İdarəsi yerli orqanları 2019-2021-ci illər arasındakı dövr ərzində külək enerjisindən istifadə edərək istilik istehsal etmək üçün illik hədəflər müəyyənləşdirməyə çağırıb. Bundan əlavə, yerli orqanlar külək enerjisindən istifadə üçün infrastruktur da inşa edəcəklər.
Milli Energetika İdarəsinin açıqlamasına görə, ilin soyuq fəsillərində isitmə layihələrinə qoşulan külək enerjisi istehsalı təsisləri vergi endirimi və ya subsidiya ala biləcəklər. İdarə elektrikpaylama şirkətlərindən şəbəkələrdəki itkilərin azaldılması üçün texniki infrastrukturun təkmilləşdirilməsinin də zəruri olduğunu bildirib.
Vergiler.az