Çin kredit faizlərini aşağı salıb | Banco.az

Çin kredit faizlərini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində kredit faiz dərəcələri aşağı salınıb.

Banco.az xəbər verir ki, Çində korporativ kreditlər və daşınmaz əmlak kreditləri üçün etalon faiz kimi qəbul edilən 1 və 5 illik kredit faiz dərəcələrinin (LPR) hər birində 25 baza bəndi azalma elan edilib.

Milli Banklararası Fond Mərkəzindən verilən məlumata görə, 1 illik kredit faiz dərəcəsi 3,35 faizdən 3,1 faizə, 5 illik kredit faiz dərəcəsi isə 3,85 faizdən 3,6 faizə endirilib.

Çində 18 bankın Mərkəzi Bankın borc faizləri üzrə dividend bəyannaməsinə əsasən təyin etdiyi LPR 2019-cu ildən bu yana ölkənin etalon faiz dərəcəsi olaraq xidmət edir. 1 illik kredit faiz dərəcəsi korporativ kreditlər üçün, 5 illik faiz dərəcəsi isə daşınmaz əmlak kreditləri üçün istinad hesab edilir.

Xatırladaq ki, 1 və 5 illik kredit faizlərində sonuncu dəfə iyul ayında hər biri 10 baza bəndi olmaqla endirim həyata keçirilmişdi. Bununla da 1 illik kredit faiz dərəcəsi 3,45 faizdən 3,35 faizə, 5 illik kredit faiz dərəcəsi isə 3,95 faizdən 3,85 faizə endirilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çinin daşınmaz əmlak sektoru və mənzil bazarında Kovid-19 pandemiyası ilə başlayan daralma son 3 ildə ölkədə iqtisadi artıma mənfi təsir göstərən amillərdəndir. 2022-ci ildə illik müqayisədə 10 faiz azalan daşınmaz əmlak investisiyaları 2023-cü ildə 9,6 faizlə  azalmağa davam edib. Daşınmaz əmlak investisiyaları 2024-cü ilin ilk 9 ayında 10,1 faiz azalaraq son iki ildəki geriləmə tendensiyasını davam etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram