Çin kredit faiz dərəcələrini dəyişməz saxlayıb | Banco.az

Çin kredit faiz dərəcələrini dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin standart kredit faizlərini dəyişməz olaraq saxlayıb.

Banco.az xəbər verir ki, sonuncu siyasət dəstəyindən sonra zəifləmənin sabitləşməsi və zəif yuanın daha çox monetar yumşalmanı məhdudlaşdırması ilə Çin oktyabr ayı üzrə standart kredit faiz dərəcələrini dəyişməz saxlayıb.

Belə ki, Çin Xalq Bankı (mərkəzi bank) ölkədə əksər ev təsərrüfatları və korporativ kreditlər üçün müəyyən edilmiş bir illik kredit faiz dərəcəsini (LPR) 3,45 faiz səviyyəsində saxlayıb. Mərkəzi Bankın cümə günü verdiyi açıqlamaya görə, əksər ipoteka kreditləri üçün müəyyən edilmiş 5 illik LPR isə 4,20 faiz səviyyəsində sabit saxlanılıb.

Xatırladaq ki, Çin Xalq Bankı bazar ertəsi orta müddətli siyasət kreditləri üzrə faiz dərəcəsini (MLF) də dəyişməz saxlamaq qərarına gəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et