Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin əsas kredit faiz dərəcələrini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Çin sentyabr ayı üçün bir illik əsas kredit faiz dərəcəsini (LPR) və beş illik kredit faiz dərəcələrini müvafiq olaraq 3,45 faiz və 4,2 faiz səviyyəsində sabit saxlayıb.
Xatırladaq ki, Çin Xalq Bankı (PBOC) (mərkəzi bank) sonuncu dəfə avqust ayında bir illik LPR dərəcələrini 3,55 faizdən 3,45 faizə, beş illik LPR-i isə iyun ayında 4,3 faizdən 4,2 faizə endirmişdi.
Bu qərardan sonra offşor yuan ABŞ dollarına nisbətdə cüzi möhkəmlənərək 7,3028 səviyyəsinə yüksəlib. Valyuta sentaybrın 8-də ABŞ dollarına nisbətdə bu vaxta qədərki ən aşağı səviyyə olan 7,3650-ə enmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!