Çin Kovid məhdudiyyətlərinə dair yeni qaydaları açıqlayıb | Banco.az

Çin Kovid məhdudiyyətlərinə dair yeni qaydaları açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində karantin tədbirlərinin yüngülləşdirilməsi üzrə yeni mərhələyə start verilib.

Banco.az xəbər verir ki, Dövlət Şurasının Birgə Epidemiyadan Mühafizə və Nəzarət Mexanizmi Kovid-19 tədbirlərinin həyata keçirilməsində yeni yanaşmalar açıqlayıb.

Bu yeni qaydalara müvafiq olaraq, simptomları olmayan və ya yüngül keçirənlər və onlarla yaxın təmasda olanlar ev şəraitində karantində qala biləcəklər.

Bu karantin müddəti isə yoluxmuş şəxslər üçün 7 gün, yaxın təmasda olanlar üçün isə 5 gün müəyyən edilib.

Digər tərəfdən, ölkədə gündəlik həyatın bir hissəsinə çevrilən sağlamlıq kodunu və test nəticələrini göstərmək öhdəliyi aradan qaldırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et