Çin karantin rejimini ləğv edir | Banco.az

Çin karantin rejimini ləğv edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Kovid-19 tədbirlərinin yumşaldılması ilə bu gündən etibarən sərhədlərini açıb.

Banco.az xəbər verir ki, Dövlət Şurasının Birgə Profilaktika və Nəzarət Mexanizmi tərəfindən açıqlanan yeni nəzarət protokoluna əsasən, virus mutasiyalarını izləmək üçün xaricdən gələn sərnişinlərdən və hava limanlarında və dəniz limanlarında çalışan personaldan DNT analizi üçün xəstəxana və klinikalardan test nümunələri toplamaları istənilib.

Çinə gələn sərnişinlər üçün karantin tələbi ləğv edilib

Bildirilib ki, yeni qanuna müvafiq olaraq, xaricdən gələn sərnişinlər səyahətə çıxmazdan əvvəl Çinin səfirlik və konsulluqlarından sağlamlıq kodu almağa məcbur olmayacaqlar və Kovid testinin nəticəsi müsbət olsa belə, onlar mərkəzi karantində saxlanılmayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Testin nəticəsi müsbət olanlara vəziyyətindən asılı olaraq evdə karantində qalmaları və ya xəstəxanada müalicə olunmaları tövsiyə ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et