Çin istehsalın modernləşdirilməsinə 1,44 milyard dollar ayırdı | Banco.az

Çin istehsalın modernləşdirilməsinə 1,44 milyard dollar ayırdı

Müəllif:Mehin Qasımova/Banco.az

Çin istehsal strukturunun modernləşdirilməsinə 10,4 milyard yuan (təxminən 1,44 milyard dollar) ayıracaq. 

Banco.az xəbər verir ki, bu barədə 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK, Parlament) 2-ci sessiyasının açılışında təqdim olunan büdcə layihəsində deyilir.

"Mərkəzi büdcədən əsas sənaye sahələrinin yenidən qurulması və emal sənayesinin yüksək keyfiyyətli inkişafı üçün 10,4 milyard yuan(təxminən 1,44 milyard dollar) məbləğində məqsədli vəsaitin ayrılması planlaşdırılır", - layihədə deyilir.

Hökumət bu vəsaitlərin əsas məhsullar və əsas texnologiyalar sahəsində çatışmazlıqların və sıçrayışların intensiv şəkildə aradan qaldırılmasına dəstək verəcəyini açıqlayıb. Bundan əlavə, pul istehsal və təchizat zəncirlərinin dayanıqlığını və rəqabət qabiliyyətini gücləndirmək üçün istifadə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Sənəddə qeyd edilir ki, 2024-cü il büdcəsinin gəlir və xərc siyasətinin əsas istiqamətlərindən birincisi “müasir istehsal sisteminin sürətləndirilmiş formalaşdırılmasına dəstək verilməsi”dir. Hökumət istehsal strukturunun optimallaşdırılması və modernləşdirilməsinin stimullaşdırılması zərurətini də etiraf edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et