Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Çin neft emalı zavodları ucuz Rusiya neftini seçib.
Banco.az xəbər verir ki, bu seçim İranla qiymətlərlə bağlı mübahisələr fonunda baş verib.
Bloomberg yazır ki, Çindəki özəl neft emalı zavodları İranla qiymət mübahisəsi fonunda Rusiyanın ESPO neftinin alışını artırıb.
Onların sözlərinə görə, ESPO-nun fevral ayı üçün tədarük həcmi, yəni 3,8 milyon tona qədər, ayın ilk iki həftəsində tamamilə satılıb. Bu, həmişəkindən daha tez sayılır.
Rusiya Şərqi Sibirdən gələn neftin qiymətlərini aşağı salaraq, onu Çin neftayırma zavodları üçün daha cəlbedici edib.
Treyderlər deyirlər ki, İran nefti dünyada ən ucuz neftlərdən biri olaraq qalmasına baxmayaraq, hazırda onun üçün heç bir sövdələşmə aparılmır.
Nəşrin məlumatına görə, dekabr ayında ESPO tankerlərinin 90%-dən çoxu dünyanın ən böyük neft idxalçısı olan Çinə gedib. Əvvəllər Çin neft emalı zavodları xammalın idxalı üçün rekord kvota alırdılar.
Bu da onlara il ərzində alış və istehsalı sərbəst planlaşdırmağa imkan yaradır. Qeyd edək ki, ABŞ-nin məhdudiyyətləri aradan qaldırıldıqdan sonra Venesuela neftinə tələbat artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!