"Çin, İran və Rusiyada "SWIFT"in uğurlu alternativi var" | Banco.az

"Çin, İran və Rusiyada "SWIFT"in uğurlu alternativi var"

Müəllif - Aida İsaq, Banco.az

Rusiya banklarının SWIFT sistemindən ayrılması ölkənin maliyyə sisteminə ciddi təsir göstərməyib.

Banco.az xəbər verir ki, bunu “BitRiver” şirkətinin kommunikasiyalar üzrə direktoru, iqtisadçı Andrey Loboda bildirib. Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar fonunda ölkəsinin 10 ən böyük kredit təşkilatı müvafiq platformadan kənarlaşdırılıb. Lakin bu ciddi mənada böyük dəyişikliklərə səbəb olmayıb. Eyni zamanda “dost olmayan” ölkələrlə əməliyyatlar həmişəki formada davam edir. Ekspert maliyyə dünyasının təkcə SWIFT üzərində qurulmadığını qeyd edərək, dünyanın ən məşhur sürətli maliyyə sisteminə Çin, İran və Rusiyada uğurla fəaliyyət göstərən alternativlərin olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et