Müəllif: Mehin Qasımova/Banco.az
Çin bankları borc böhranı səbəbindən 2,2 trilyon yuan itirə bilər.
Banco.az xəbər verir ki, bu barədə Amerikanın S&P Global Ratings reytinq agentliyinin analitikləri bildirib.
Çinin regional bankları bələdiyyə idarəetmə sektorunda borc böhranı kəskinləşdiyi üçün 2,2 trilyon yuan və ya 301 milyard dollar kapital itirə bilər.
2022-ci ilin sonuna qədər bütün regional Çin banklarının ümumi aktivləri təqribən 15,6 trilyon dollar həcmində qiymətləndirilir.
Mənfi ssenaridə yerli maliyyə institutlarının təxminən 20 faizi borc öhdəliklərinin ödənilməsində ciddi problemlərlə üzləşə bilər.
Böhran kəskinləşdikcə, onların öz vəsaitləri hesabına maliyyə itkilərini ödəmək imkanlarını əks etdirən kapitalın adekvatlıq əmsalı standart səkkiz faizdən aşağı düşə bilər.
S&P analitiki Maykl Huanq xəbərdarlıq edib ki, bu halda belə bankların yenidən kapitallaşdırılmasına ehtiyac olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!