Çin iqtisadiyyatı ötən il 5,2 faiz artıb | Banco.az

Çin iqtisadiyyatı ötən il 5,2 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatı 2023-cü ildə 5 faizdən çox artıb.

Banco.az xəbər verir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı 2022-ci ildəki zəif artımdan sonra 2023-cü ildə bərpa əlamətləri göstərib.

Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin yanvar-dekabr dövründə əvvəlki ilə nisbətən 5,2 faiz artıb.

Belə ki, 2022-ci ildə 120,4 trilyon yuan (təxminən 17,01 trilyon dollar) olan ÜDM 2023-cü ildə 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollar) çatıb.

Sözügedən göstərici Çin hökumətinin 2023-cü il üçün "təxminən 5 faiz" olan artım hədəfini keçib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çin iqtisadiyyatı 2022-ci ildə 3 faiz böyüyərək Kovid-19 pandemiyasının ilk təsirlərinin hiss olunduğu 2020-ci ildən sonra, 1976-cı ildən bəri istehsalda ən aşağı artımı qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et