Müəllif - Aida İsaq, Banco.az
İkinci rübdə Çin iqtisadiyyatında artım meyilləri birinci rüblə müqayisədə əhəmiyyətli dərəcədə sürətlənəcək.
Banco.az xəbər verir ki, bunu Çin Milli Statistika Bürosunun sözçüsü Fu Linqhui bildirib. Çinin iqtisadi əməliyyatlarının ümumən sabit olduğunu qeyd edən Fu Linqhui Çin iqtisadiyyatının bəzi təzyiq və çətinliklərə baxmayaraq dayanıqlılıq nümayiş etdirdiyini açıqlayıb.
Rəsmi nümayəndə həmçinin məşğulluq və struktur problemləri ilə bağlı təzyiqlərin hələ də davam etdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!