Çin iqtisadiyyatı bərpa olunur | Banco.az

Çin iqtisadiyyatı bərpa olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində ötən ilin son rübündə baş verən tənəzzüldən sonra yanvar və fevral aylarında ölkə iqtisadiyyatında canlanma əlamətləri müşahidə olunub.

Banco.az xəbər verir ki, Çinin Milli Statistika Bürosu (NBS) 2023-cü ilin yanvar-fevral ayları üzrə sənaye istehsalı, pərakəndə satış, əsas kapitala investisiyalar və məşğulluqla bağlı məlumatları açıqlayıb.

Belə ki, sənaye istehsalı ilk iki ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz, 2022-ci ilin dekabr ayı ilə müqayisədə isə 1,1 faiz artıb.

İstehsal artımı mədənçıxarma sənayesində 4,9 faiz, emal sənayesində isə 2,1 faiz olmuşdur.

Günəş panellərinin istehsalı 40,8 faiz, “yeni enerji daşıyıcıları” (NEV) adlandırılan təkrar doldurulan akkumulyatorlar, hibridlər və yanacaq elementləri ilə işləyən elektrik avtomobillərinin istehsalı isə 16,3 faiz artıb.

Digər tərəfdən, istehlak ölçüsü olaraq qəbul edilən pərakəndə satışlar, keçən ilin son rübündəki enişdən sonra ilk iki ayda illik 3,5 faiz artım göstərib.

İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərclərini əhatə edən əsas kapitala investisiyalar da ilk iki ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, yanvar və fevral aylarında şəhər yerlərində işsizlik səviyyəsi 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 bənd artaraq 5,6-ya çatıb. 16-24 yaşlı gənclər arasında işsizlik 2022-ci ilin dekabrında 17,1 faiz idisə, sözügedən dövrdə 18,1 faizə yüksəlib.

Qeyd edək ki, şsizliyin artması və gənclər arasında işsizliyin hələ də yüksək olması iqtisadiyyatın bərpasının hələ də zəif olduğuna işarə kimi şərh olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et