Çin iqtisadiyyatı bərpa əlamətləri göstərir | Banco.az

Çin iqtisadiyyatı bərpa əlamətləri göstərir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehsal sektoru fəaliyyətlərində artım mart ayında da davam edib.

Banco.az xəbər verir ki, bazar ertəsi açıqlanan məlumatlara görə, Caixin istehsal satınalma menecerləri indeksi mart ayında 51.1 punkta yüksəlib.

Belə ki, bu göstərici ardıcıl beşinci aydır ki, iki ildən çox bir müddətin ən uzun silsiləsi ilə sektorda artıma işarə edən 50 punktluk səviyyədən yuxarıdır.

Bazar günü dərc edilən rəsmi məlumatlar da mart ayında istehsal PMI-nin beş aylıq daralmaya son qoyaraq bir ilin ən yüksək səviyyəsinə çatdığını göstərib.

Qeyd edək ki, hər iki məlumat bazar proqnozlarını üstələyib və ölkənin sənaye sektorunun iqtisadi bərpasında sürətlənmə olduğuna işarə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et