Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin ilin üçüncü rübündə ticarət kəsiri ilə üzləşib.
Banco.az xəbər verir ki, Çinin Dövlət Valyuta Mübadiləsi İdarəsi (SAFE) 2024-cü ilin yanvar-sentyabr dövrünə aid cari əməliyyatlar balansını açıqlayıb.
Məlumata görə, xarici ticarət, xidmətlər, investisiya və cari transferlərdə gəlir-xərc balansının cəmini ifadə edən cari balans ilk 9 ayda 241,3 milyard dollar müsbət saldo ilə tamamlanıb.
Bu dövrdə:
-
Xarici ticarətdə 518,3 milyard dollar müsbət saldo,
-
Xidmətlərin alışı-satışı üzrə 181,5 milyard dollar mənfi saldo,
-
İnvestisiyalar üzrə 105,6 milyard dollar mənfi saldo,
Ən sərfəli kredit üçün müraciət et -
Cari transferlərdə isə 10,2 milyard dollar müsbət saldo qeydə alınıb.
Cari əməliyyatlar balansının ümumi daxili məhsula nisbəti isə 1,8 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!