Çin hökuməti daha çox vergiləri azaltmaq, dövlət xərclərini artırmaq, kçiik və orta sahibkarlığa maliyyəni dəstəkləmək niyyətindədir.
Bununla yanaşı, milli pul vahidi olan yuanı sabit saxlayaraq ardıcıl, eyni zamanda çevik pul-kredit siyasəti yeritmək nəzərdə tutulur.
“JPMorgan Chase & Co” bankının mütəxəssislərinin fikrincə, Çində 2018-ci ilin may ayından başlayaraq mərhələli şəkildə həyata keçirilən irimiqyaslı vergi azaldılmasının məcmu səmərəsi 2 trilyon yuanadək (300 milyard ABŞ dolları) ola bilər ki, bu da ölkə ÜDM-nin 1,2 faizi deməkdir.
Vergi azalması nəticəsində bu il ÜDM artımının 0,46 faiz sürətlənəcəyi güman edilir. “JPMorgan Chase & Co” ekspertlərinin qənaətincə, belədə düzəlişli büdcə kəsiri ÜDM-nin ötən ilki 10,7 faizindən 11,3 faizinədək arta bilər.
Çin Maliyyə Nazirliyindən bildiriblər ki, 2019-cu ildə infrastruktur layihələrini dəstəkləmək məqsədi də nəzərə alınmaq şərtilə xüsusi istiqrazların buraxılışı artırılacaq.
Report.az