Çin gələn il sənaye siyasətinə üstünlük verəcək | Banco.az

Çin gələn il sənaye siyasətinə üstünlük verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hökuməti gələn il sənaye siyasətini prioritetləşdirmək qərarına gəlib.

Banco.az xəbər verir ki, Çin hökumətinin gələn il sənaye siyasətini prioritetləşdirmək qərarı istehlakçı yönümlü təşviqlər gözləyən investorları məyus edib.

Ölkənin illik iqtisadi əmək konfransından yayılan bəyanatda “texnoloji innovasiyalar”, rəqəmsal iqtisadiyyat və süni intellektə diqqət yetirilməsinə çağırış edilib.

Konfransda istehlakçı xərclərini təşviq etməkdən əlavə, şirkətlərin daha yüksək əlavə dəyərli məhsullar istehsal etməsinə dəstək olması vurğulanıb. Bu isə artımı sürətləndirmək üçün daha aqressiv stimullara çağıran bəzi iqtisadçıları sevindirməyib.

Ən sərfəli kredit üçün müraciət et

“Standard Chartered”in Çin və Şimali Asiya üzrə baş iqtisadçısı Dinq Şuanq bildirib ki, konfrans “texnologiyada özünə güvənməyin əvvəlki illərdən daha vacib olduğunu” göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram