Çin, fond bazarını xilas etmək üçün onu dağıtdı | Banco.az

Çin, fond bazarını xilas etmək üçün onu dağıtdı

Çin requlyatoru səhmləri satışda olan kompaniyaların 5%-dən çox səhminə sahib olan investorlardan, növbəti 6 ay ərzində öz mövqelərini saxlamağı tələb edib. Qadağa açıq səhmdar cəmiyyətlərin qiymətli kağzılarının səhmdarları kimi, həm də iri pay sahibi olan top menecerlərə də aiddir. Komitənin çərşənbə axşamı dərc etdiyi bəyanatda deyilir ki, “Bu tədbir fond bazarında stabiliyyi bərpa etmək və investorların qanuni marağını qorumaqdan ötrü həyata keçirilir.” Altı aylıq moratoriumdan sonra, növbəti atılmalı olan addımlar barədə təlimatlar daha sonra açıqlanacaq- sənəddə deyilir.

Beləliklə Çinin maliyyə rəhbərliyi artrıq neçə həftədir ki, davam edən fond bazarının çöküşünü dayandırmaq istəyir. Bir ay ərzində Shanghai Composite indeksi 35%-dən artıq itirib. Bu gün də istisna olmayıb. Açılışdan əvvəl indeks 5,9% enərək, 3507,19  punkta düşüb. Çinin digər ticarət meydançaları da eyni aqibəti yaşayır. Çinin Shenzhen Component indeksi 2,9% enərək 11 040,89 punkta, Honkonqun Hang Seng indeksi isə 5,84%, enərək, 23 510 punkta düşüb.

Səhmlərin satışına qadağa ona gətirib çıxardı ki, investorların əksər hissəsi əli-qolu bağlı vəziyyətə düşdü. 1,3 mindən artıq şirkət birjadakı ticarəti dayandırdı, bu isə 2,6 trilyon dollar həcmində səhmin dondurulmasına gətirib çıxardı, bu rəqəm ölkənin fond bazarının  bazar kapitallaşmasının təxminən 40%-nə bərabərdir, Bloomberg Çin requlyatorunun qərarı barədə şərh verərək yazır.

Ən sərfəli kredit üçün müraciət et


Mənbə: http://top.rbc.ru/finances/08/07/2015/559d43de9a7947eb767879bf

Ən sərfəli krediti almaq üçün müraciət et