Çin fond bazarı çökdü: 3 ildə 7 trilyon dollar itirdi | Banco.az

Çin fond bazarı çökdü: 3 ildə 7 trilyon dollar itirdi

Müəllif:Mehin Qasımova/Banco.az

Asiya bazarları yeni həftəyə dəyişkən bir tendensiya ilə başlayıb.

Banco.az xəbər verir ki, Çindəki inkişaflar risk qavrayışını ən yüksək həddə saxlayıb.

Belə ki, Çin fond bazarında kəskin dalğalanma davam edir. Səlahiyyətlilər tərəfindən görülən tədbirlərə baxmayaraq, satış təzyiqlərinin qarşısını almaq mümkün olmayıb. Çin və Honq Konq səhmlərinin itkiləri 3 ildə 7 trilyon dollara çatıb.

Çində Şanxay kompozit indeksi gün ərzində 3,5 faizə qədər dəyər itirib. İndeks 11 fevral 2019-cu ildən bəri ən aşağı səviyyəsini sınaqdan keçirib.

Çində kiçik miqyaslı şirkətlərdən ibarət olan CSI 1000 indeksi həftənin ilk günündə təxminən 9 faiz ucuzlaşıb.

Analitiklərin fikrincə, sözügedən satışlar ona görə baş verib ki, bir müddətdir ki, bazarlarda davam edən pessimist kurs onları kredit hesablarında mövqelərini bağlamağa məcbur edib.

Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyası bazara daha çox orta və uzunmüddətli vəsait yönəldəcəyini açıqlayıb. Qurum zərərli qısa satış və insayder ticarətinin qarşısını alacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram