Çin ərzaq qiymətlərinə nəzarət etməyə başlayacaq | Banco.az

Çin ərzaq qiymətlərinə nəzarət etməyə başlayacaq

Çin ərzaq mallarının qiymətlərinə nəzarət etməyə başlayacaq.

Bu barədə ölkənin İnkişaf və İslah məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qurum qarğıdalı, buğda, donuz əti, qida yağı və tərəvəzlərin qiymətlərinə nəzarət edəcək. Bu qərar Çində istehsal inflyasiyasının 2008-ci ildəm sonra ən yüksək həddə çatması ilə bağlı hesabatın dərcindən sonra verilib. Qeyd olunur ki, Çində istehsal inflyasiyası 9 faiz səviyyəsində artıb və istehlak inflyasiyasını dəfələrlə rekord həddə üstələyib

Dünyada ən iri donuz əti istehsalçısı və istehlakçısı olan Çin qiymətlərin ucuz olduğu vaxtda ət almaq və bahalaşandan sonra ət satmaq üçün ehtiyatları artırmağı planlaşdırır. Bunun üçün Pekin digər dövlıt ehtiyatları ilə yanaşı müvəqqəti donuz əti ehtiyatı da yaradacaq. Bu ehtiyatın həcmi məlum olmasa da, ötən ilki səviyyədən çox yüksək olacağı gözlənilir.

Bundan başqa, Çin mövsümim tələbatın pik nöqtəsi ərəfəsində enerji kömürü qiymətlərinin nəzarətə alınmasının mümkünlüyünü nəzərdən keçirir.

Ən sərfəli kredit üçün müraciət et

 

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et