Çin əcnəbilər üçün rəqəmsal valyutaya keçir | Banco.az

Çin əcnəbilər üçün rəqəmsal valyutaya keçir

Çin Mərkəzi Bankı sədrinin müavini Li Bo bazar günü açıqlamasında hökumətin 2022-ci ildən etibarən əcnəbilər üçün mili valyuta yuanın rəqəmsal variantını tətbiq edəcəyini bildirib.

İlk belə sınaq olaraq 2022-ci ildə Pekin Qış Olimpiya Oyunlarına qatılacaq idmançılara və azarkeşlərin yuanın elektron variantından istifadəsinə imkan yaradılacaq.

Çin 2014-cü ildən öz milli valyutasının rəqəmsal variantı üzərində işləyir və bir sıra regionlardan pilot layihələr həyata keçirib. Hazırda Şenzen və Pekin sakinləri pərakəndə ticarətdə rəqəmsal yuandan müəyyən qədər istifadə edə bilir. Hökumət bununla həm də bütün ölkə boyunca nağdsız ödənişləri təşviq eymək niyyətindədir.

Bəzi ekspertlər Çin hökumətinin bu addımla milli valyutanı daha çox istifadə olunan beynəlxalq ödəniş vasitəsinə çevirmək və əsas qlobal ehtiyatlar valyutası olan ABŞ dollarını bazardan sıxışdırmaq məqsədi güddüyünü qeyd edir. Rəsmilər isə bununla razılaşmır: “Renminbinin (yuanın digər adı) beynəlxalq valyutaya çevrilməsi təbii bir prosesdir və nə ABŞ dollarını, nə də başqa bir aparıcı valyutanı əvəzləmək niyyətimiz yoxdur. Əsas məqsədimiz bazara seçim imkanı yaratmaq və beynəlxalq ticarət və investisiya proseslərini asanlaşdırmaqdır”- Li Bo bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Çin Tayland, Birləşmiş Ərəb Əmirlikləri və Honkonqla ikitərəfli ticarətdə rəqəmsal yuandan istifadə imkanları barədə danışıqlar aparır.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et