Müəllif - Aida İsaq, Banco.az
Çin dünyanın ilk pilotsuz tədqiqat gəmisi olan "Zhuhaiyun"u təqdim edib.
Banco.az xəbər verir ki, gəmi avtonom naviqasiya sisteminə və uzaqdan idarəetmə texnologiyasına malikdir. Modelin bütün əsas sistemləri, güc və hərəkət sistemləri Çində hazırlanıb. Gəminin uzunluğu 88,5 metr, eni 14 metr, dərinliyi isə 6,1 metrdir.
Qeyd olunur ki, gəmi okeanoqrafik tədqiqatlar, kartoqrafiya, nümunə götürmə və müxtəlif okean kəşfiyyatı tapşırıqları üçün istifadə edilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!