Müəllif:Ayşən İmanova/Banco.az
Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub.
Banco.az xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib.
“Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarından biridir. Son on ildə Çinin Tacikistan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi 3,8 milyard dollar təşkil edib”, - deyə Rəhmon bildirib.
O, Tacikistan tərəfinin Çinlə yaşıl və rəqəmsal iqtisadiyyat, süni intellekt və yaşıl texnologiyalardan istifadə etməklə istehsalın yaradılması sahələrində əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!