Müəllif - Aida İsaq, Banco.az
Yaponiya ABŞ-ın Çində mikrosxem istehsalına maneələr yaratmağa yönəlmiş siyasətini dəstəkləməyi dayandırmalıdır.
Banco.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Qin Qanq yaponiyalı həmkarı Yoşimasa Hayaşiyə bildirib. Onun sözlərinə görə, keçmişdə ABŞ Yaponiyada yarımkeçirici sənayesinin inkişafına maneələr törətməkdən çəkinmirdi. Hazırda Çinlə eyni köhnə taktika təkrarlanır. Nazir ABŞ-ın texnologiyaya tətbiq etdiyi məhdudiyyətlərin Pekinin bu sahədə güclənmə meyillərini artıracağını bildirib.
Qeyd edək ki, Y.Hayaşinin Pekinə səfəri Yaponiya xarici işlər nazirinin üç ildən sonra Çinə ilk belə səfəri idi.
Bizi sosial şəbəkələrdən izləyin!!