Çin böhran vəziyyətində olan daşınmaz əmlak sektoruna dəstəyi artıracaq | Banco.az

Çin böhran vəziyyətində olan daşınmaz əmlak sektoruna dəstəyi artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hökuməti böhran vəziyyətində olan daşınmaz əmlak sektoruna dəstəyini artıracaq.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı və Milli Maliyyə Tənzimləmə İdarəsi tərəfindən yayılan birgə bəyanatda iqtisadiyyatın canlanmasının qarşısındakı ən böyük maneələrdən biri hesab edilən daşınmaz əmlak böhranının aradan qaldırılması üçün sektora dəstək siyasətlərinin genişləndiriləcəyi bildirilib.

Belə ki, hökumət nağd pul çatışmazlığı ilə üzləşən və çətin günlərdən keçən daşınmaz əmlak sektorunu dəstəkləmək üçün kredit ödənişlərinin bir il gecikdirilməsi də daxil olmaqla, dəstək siyasətlərini genişləndirəcək.

Birgə bəyanatda deyilir ki, maliyyə institutları tikilməkdə olan evlərin təhvil verilməsini təmin etmək üçün ödənilməmiş kreditləri uzatmaq məqsədilə daşınmaz əmlak firmaları ilə danışıqlar aparmağa təşviq ediləcək. 2024-cü ilə qədər ödənilməmiş bəzi kreditlər üçün ödənişin bir illik uzadılması təmin ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çində iki ildir davam edən daşınmaz əmlak böhranı dünyanın ikinci ən böyük iqtisadiyyatının bərpasına mane olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et