Çinin 5 bankı 2004-cü ilin son rübü ilə müqayisədə böyük risklər yaşayır. Iqtisadiyyatdakı çatışmazlıqla əlaqədar banklar borcların həcmindəki artımdan əziyyət çəkir.
Cari ilin ilk rübündə Çinin Sənaye və Kommersiya Bankında (İCBC) vaxtı keçmiş kreditlərin miqdarı 3.38 mlrd dollar artıb. 2008-ci ildən bəri bu bankda hələ belə çətinlik müşahidə olunmamışdı.
Keçən həftə ərzində İCBC, China Construction Bank, Agricultural Bank of China, Bank of China və Bank of Communications-da mənfəətin həcmində cəmi 2% artım olub. Bu isə keçən ilin eyni dövrünə olan göstəricidən 10% azdır.
DBS Vickers Hong Kongun məşhur analitiki Chen Shujin qeyd edib ki, “İli zəif başladıq və ola bilsinki, bu asta temp ikinci rübdə də davam etsin.” Bankların xərclərinin artmasına təsir göstərən digər amil deposit sığortaları olub.
Həmçinin ekspertlər vurğulayırlar ki, 1990-cı illə müqayisədə Çin, belə zəif iqtisadi artıma şahidlik etməyib. Bəzi iqtisadçılar güman edir ki, yuxarıda adı çəkilən bankların birlikdə mənfəəti bu il 4.6% azalacaq, son 12 illə müqayisədə ən zəif göstərici olacaq.